Yevlaxda  dəm qazı gənc oğlanın həyatına son qoyub.
Unikal.org-un məlumatına görə, hadisə  rayonun Havarlı kəndində qeydə alınıb. Kənd sakini Ramiz Yusifov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.