Xəbər verdiyimiz kimi, Bakıda ötən həftə anormal,  görüntüsü dəhşət doğuran bir körpə doğulub. Cinsiyyəti qız olan körpənin qulaqları boynunda bitib, ağzı isə yoxdur, burnu heyvana bənzəyir. Amma körpənin ürəyi, ağciyərləri normal fəaliyyət göstərir.

Bu hadisə barədə Səhiyyə Nazirliyi rəsmi məlumat yaymayıb. 

Unikal.org xəbər verir ki, məsələ ilə bağlı Azərbaycanın baş mama-ginekoloqu Sevinc Məmmədova Medicina.az-a açıqlamasında bildirib ki, baş mama-ginekoloq olaraq bu anormal körpəni görməyib, ana ilə bağlı araşdırma apara bilməyib:

"Çünki bu hadisə özəl klinikada baş verib, ora isə icazəsiz bizim müdaxilə etməyimizə ixtiyarımız yoxdur. Qanunla əmr var ki, özəl tibb xidməti göstərən müəssisələrin yoxlanılması aparılmır. Bu anormal doğulmuş körpəni nə ölkənin baş neanotoloqu, nə mən, nə baş pediatrı görməyib, dəvət etməyiblər. Bizi həmin özəl klinika çağırmalıdır ki, gəlin, belə bir uşaq doğulub, yığışın gəlin, görək nədir, nə etməliyik”.