Gəncədə qadın ehtiyatsızlıqdan yıxılaraq ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb. Şəhər sakini, 1957-ci il təvəllüdlü Musayeva Güldəstə Kərəm qızı xurma ağacından yıxılıb. Dərhal xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.