Prezident İlham Əliyev Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org  xəbər verir ki, sərəncamla Rafiq Çəpərxan oğlu Quliyev Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək kİ, Quluyev Rafiq Çəpərxan oğlu 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub.  21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini, 2013-cü il dekabrından başçının 1-ci müavini vəzifəsində çalışır. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.