İstanbulun Arnavutköy rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ölən şəxs Ayşe Gülen Özkan adlı qadın olub. O, qohumları ilə birlikdə oğlunun nikah mərasiminə gedirmiş.

Təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb.