Türkiyənin İstanbul şəhərinin Avcılar rayonunda fəaliyyət göstərən xəstəxanaların birində azərbaycanlı həkim güllələnib.

Unikal.org  xəbər verir ki, Aidə A. adlı azərbaycanlı qadın həmkarı tərəfindən silahla vurulub. Özəl tibb mərkəzinin sahibi olan Celal T. adlı şəxs yanında işləyən və 4 ildir bərabər yaşadığı Aidə ilə bilinməyən səbəbdən mübahisə etməyə başlayıb. Daha sonra ona atəş açıb.

Azərbaycanlı qadın həkim ağır yaralanıb. Onu yaralayan həmkarı isə hadisə yerindən qaçmaq istəyib. Lakin silah səslərini eşidərək tibb mərkəzinin qarşısına gələn polislər tərəfindən saxlanılıb.

Yaralı Aidə A. Bakırköy Sadi Konur Dövlət Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Aidənin 3 yaşlı övladı var.