Prezident İlham Əliyev Xalq şairi Musa Yaquba mənzil hədiyyə edib. 

Unikal.org xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şairin özü məlumat  verib. O qeyd edib ki, mənzil Bakı şəhərindədir və 3 otaqlıdır.

Xalq şairi ona mənzil hədiyyə etdiyi üçün ölkə başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib: 

“Bu qoca və xəstə halımda ölkə başçısı məni bir daha sevindirdi. Buna görə özüm və ailəm adından Prezidentə təşəkkür edirəm”.