"Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. İndiyə qədər üç fərqli nəticə əldə etdik. Onların necə oynadığını və bizim necə oynamaq istədiyimizi bilirik. Fərqli oyun olacaq".

Unikal.org xəbər verir ki, bu sözləri APOEL-in futbolçusu Linus Hallenius Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Oynadığım zaman həmişə qol vurmaq istəyirəm. Bu, komandaya kömək etmək üçün hücumçunun işidir. Əsas hədəfimiz üç xaldır. Kimin nə qədər qol vuracağı önəmli deyil" - deyə o bildirib.

L.Hallenius qarşılaşma öncəsi azarkeşlərə də səslənib: "Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Onların dəstəyini gözləyirik".