Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Unikal.org FHN-nin saytına istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində ümumi sahəsi 100 m² olan 3 otaqlı mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.