“Facebook” şirkəti loqotipini eyni adlı digər sosial şəbəkə xidmətlərindən fərqləndirmək üçün dəyişdirib.

Unikal.org xəbər verir ki, şirkətin bu barədə açıqlamasında hazırladıqları məhsullar barədəki məlumat yaymağı təkmilləşdirmək məqsədi ilə şirkətin brandını yenilədikləri qeyd olunur.

“Facebook” şirkətinin başlıca xidmətləri sırasında “Facebook” əlavəsi ilə yanaşı, “Messenger”, “İnstagram”, “WhatsApp”, “Oculus”, “Workplace”, “Portal”, “Calibra” əlavələri sadalanır. 

“Bu əlavələr və texnologiyalar uzun illərdir vahid infrastruktura əsaslanır, onların komandaları da çox vaxt birgə çalışır”,- açıqlamada bildirilir.