Teleaparıcı Elçin Əlibəyli sərbəst güləş üzrə olimpiya və 3 qat Avropa çempionu Namiq Abdullayev tərəfindən döyüldüyünü iddia edir.

Unikal.org xəbər verir ki, bu barədə E.Əlibəylinin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, hadisənin oktyabrın 19-da baş verdiyini bildirib: "Həmin gün qonşum tərəfindən siyasi motivlərə görə döülsəm də, bu günə kimi döyən şəxsin olimpiya çempionu Namiq Abdullayevin olması səbəbindən Daxili İşlər Nazirliyi susur. Bu ölkədə haqq-ədalətin olmadığı qənaətinə gəlirən. Döyülmək və söyülmək davası deyil, mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əmilliyyatda yenicə çıxdığım yırtıq partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əmiliyyat olunmalıyam, amma mən bu yazını yazada belə ağrıkəsiçi iynənin təsiri ilə yazıram".

Məsələ lə bağlı olimpiya çempionu Namiq Abdullayevin özü ilə əlaqə saxladıq. Unikal.org-a danışan keçmiş idmançı E.Əlibəylini tanımadığını deyib:

"Bu məsələnin mənə aidiyyatı yoxdur. O yalandan bu barədə yazıb. Onunla mənim heç bir tanışlığım yoxdur, nə də qonşum deyil. Kiminlə nə isə ədavəti olubsa, məni ora qatmağı düzgün deyil. Mən ümumiyyətlə yarış vaxtı xalça üzərində hakim nə qərar versə onunla razılaşan adamam. O ki, qaldı kənarda nə isə olsun. Bu mənə yaraşan bir hal deyil.  Onun düşüncəsi yoxdur? Özü də ali savadlı şəxsdir. 

Ya özünə haq, ya da bəraət qazandırmağa çalışır. Bilmirəm. Mən onun səviyyəsinə düşmək istəməzdim. O səviyyəsiz bir hərəkət edib. Məni hamı tanıyır, işim də bəllidir. Bilirlər ki, belə durumlardan uzaq biriyəm". 

***

Aparıcı Elçin Əlivbəyli sonradan statusunda dəyişiklik edərək onu döyənin Namiq Abdullayevin qardaşı Natiq Abdullayev olduğunu qeyd edib. 

Xatırladaq ki, Natiq Abdullayev bizneslə məşğuldur, uzun müddətdir qardaşı olimpiya çempionu Namiq Abdullayevlə heç bir əlaqəsi yoxdur. 

Aygün İlqarqızı