Daxili İşlər Nazirliyi dünən Sayanda aravadını öldürən kişi ilə bağlı açıqlama yayıb. 

Unikal.org xəbər verir ki, açıqlamada deyilir:

"Noyabrın 1-də Salyan şəhərində yaşayan N.Hüseynovun evində ailə münaqişəsi zəminində arvadı İ.Hüseynovanı bıçaqla qətlə yetirməsi, sonra isə həmyerlisi Z.Sadıqova və özünə xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzi Xidmətinə məlumat daxil olub. 

Z.Sadıqov aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.   
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən N.Hüseynov saxlanılmışdır.

Salyan rayon Prokurorluğunda araşdırma aparılır".