Türkiyənin təhlükəsizliyi ilə bağlı narahatlığını başa düşürük, ancaq NATO üzvləri arasında fikir ayrılıqları da var, bu isə İŞİD əleyhinə mübarizə aparan koalisiyanı təhlükəyə atmamalıdır.

Unikal.org xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq bildirib.

Y.Stoltenberq Suriyanın şimalında şiddət doğuran olayların azaldığını və sözügedən ölkədə siyasi həllin əldə edilməsi üçün bütün səylərin görülməsinin vacibliyini vurğulayıb.