Türkiyə Böyük Millət Məclisinin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputatı Mahir Polat avtomobil qəzasına düşüb. 

Unikal.org xəbər verir ki, hadisə oktyabrın 30-da İzmir əyalətinin Bayandır rayonunda baş verib.

Qəza nəticəsində millət vəkili yaralanıb. M.Polad Torbalı rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilib. 

M.Polat tədbirə gedirmiş.