Hacıqabulda kişi meyiti tapılıb.

Unikal.org xəbər verir ki, Hacıqabul şəhəri, M.Müşfiq küçəsində təxminən 27-28 yaşlı İsmayılov Amid Azad oğlunun meyiti aşkarlanıb. 

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Hacıqabul rayon şöbəsinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.