ABŞ-ın Los-Anceles şəhərinin bir sıra ərazilərində, o cümlədən elit rayonlarında yanğın olub.

Unikal.org xəbər verir ki, yanğınlar məşhur basketbolçu Lebron Ceymsin, Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartsenegerin, həmçinin aktyor Rayan Filippinin də evindən yan keçməyib. 

Artıq L.Ceyms, R.Filippin və Arnold Şvartseneger yanğınlar səbəbindən Los-Ancelesdəki evini tərk edib. 

Arnold Şvartseneger sosial şəbəkədə yazıb:

“Əgər eviniz təxliyə zonasına düşübsə, buna ciddi yanaşın... Mən Kaliforniya sakinlərini qorumaq üçün özlərini təhlükəyə atan dünyanın ən yaxşı yanğınsöndürənlərinə minnətdarlığımı bildirirəm”.