İranın Kermanşah vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un məlumatına görə, zəlzələ yerli vaxtı ilə saat 17:43-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanlarının ocağı 8 km dərinlikdə yerləşib.İnsan itkisi haqda məlumat verilməyib.