Nardaran qəsəbəsində yaşayan vətəndaş avtomatını polis bölməsinə təhvil verib. 

Unikal.org xəbər verir ki, polis əməkdaşlarının apardıqları profilaktiki tədbirlər nəticəsində Nardaran qəsəbəsində yaşayan D.Yaxşıbəyov “AK-74” markalı silahı və həmin silaha aid 24 ədəd 5,45 çaplı patronu könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil vermişdir.