Türkiyənin Kayseri şəhərində FETO əməliyyatı zamanı saxlanılan fizika müəlliminə 6 il 10 ay həbs cəzası verilib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, həbs edilən Uğur Y. 7 il Azərbaycanda yerləşən FETO məktəbində işləyib. Məhkəmə onu silahlı terror təşkilatına üzv olmaqda ittiham edib. Məhkəmənin qərarı ilə o, həbsxanada olduğu müddəti nəzərə alınmaqla ölkədən çıxışına qadağa qoyularaq sərbəst buraxılıb.