Azərbaycanda bu ərazilərdə yanğın hadisəsi baş verib.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 20 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində "ВАЗ" markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağcabədi rayonunda ümumi sahəsi 10 m² olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta üzlüyü yanıb, yüksək temperaturdan ümumi sahəsi 20 m² olan digər tikilinin lambirindən ibarət üzlüyü 5 m² sahədə əriyib. Hər iki tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.