Türkiyənin məşhur müğənnisi Hakkı Buludun qızını speylə boğaraq evini soydular.

Unikal.org xəbər verir ki, İstanbulda oğrular Hakkı Buludun qızını speylə huşsuz hala gətiriblər.

Bulud, səhər saat 06.30-da səhər idmanı üçün evindən çıxıb. Bu zaman evə gələn iki kişi içəri girib. Hakkı Buludun evdə yatan qızı Naz Buludun üzünə sprey sıxaraq huşsuz hala gətiriblər. Oğrular evdən 12 bin 500 lirə dəyərində əşya aparıblar.

Güvənlik kamerasına yaxalanan A.T. polis tərəfindən yaxalanıb. Diğəri isə axtarışdadı.