"Biz Türkiyənin "Barış Pınarı" əməliyyatına cavab verəcəyik. Ölkənin bütün bölgələrində onun qarşısında duracaq və bütün legitim vasitələrimizdən istifadə edəcəyik."-deyən Suriya prezidenti Bəşər Əsədə prezident Rəcəb Tayyib Ərdoğan belə cavab verib.

Unikal.org xəbər verir ki, Ərdoğan Əsədlə olan dostluq münasibətindən danışaraq, bu ifadələri səsləndirib. 

"Suriyadakı hadisələr başlamazdan əvvəl onunla ailəvi yaxşı əlaqələrimiz var idi. Bəşər Əsəd ilə ailəvi görüşəcək qədər yaxınlığa sahib idik. Ölkəsində insan hüquqlarının və ədalətin təşviqi ilə bağlı bir çox tövsiyyələr verdik. Əhali üçün müsbət addımlar atmasının əhəmiyyətli olduğunu söylədik. Məsləhətimizə əməl etmək əvəzinə xalqa təzyiqləri artırdı.Suriya xalqı Əsədin qarşı dirəniş göstərkən, İraqdakı İŞİD bəlası bu ölkəyə də sıçradı. Sonra PKK, PYD və YPG terror təşkilatı bu ölkədə mövcud olmağa başladı. Bundan sonra Suriya xalqı ölkəsindən getməyə məcbur oldu. Bu gündək 6 milyon Suriyalı ölkəsini tərk edib ki, bunun da 4 milyonu Türkiyəyə sığınıb".