Braziliyanın “San Paulo” klubunun futbolçusu Qonsalo Karneyro cəzalandırılıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu narkotik maddələrdən istifadə etdiyi üçün 2 illik futboldan diskvalifikasiya olunub. Karneyronun cəzası 16 mart 2019-cu il tarixindən hesablanacaq.

Dopinq testi zamanı uruqvaylı hücumçunun qanında kokain metabolitinə rastlanıb.