Abşeronun Masazır qəsəbəsində evdə oğurluq edən M.Həsənov saxlanılıb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənov saxlanılıb.

DİN-dən həmçinin bildirilib ki, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də Qoşabulaq kənd sakini B.Hüseynovun 2 baş inəyini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri A.Sadıqova və T.Tağıyev saxlanılıb.