Dünyanın gündəmində olan ABŞ ilə Türkiyənin əldə etdiyi razılaşmanın detayları məlum olub.

Unikal.org xarici mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğana təqdim etməzdən öncə ABŞ-ın vitse-prezidenti Mayk Pens son dəyişikləri edərək Türkiyə prezidentinə təqdim edib. Görüşdə duyqusal anlar yaşanıb. Türk tərəfi əməliyyatlar zamanı verilən şəhidləri gündəmə gətirib. 

Kritik görüşdə nələr yaşanıb?

ABŞ səlahiyyətlilərinin verdiyi məlumata görə, prezident sarayında baş tutan görüş 4 saatdan çox davam edib. Görüş zamanı Amerika tərəfi YPG/PKK üzvləri ilə dəfələrlə əlaqə saxlayıb. ABŞ vitse prezidenti YPG-lərə haradan geri çəkilməli olduqlarını və Türkiyəyə atılan top atəşlərini dayandırmalı olduqlarını bildirib.

Mətndə dəyişiklik edildi

ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Robert O'Brien və ABŞ-ın Suriya üzrə Xüsusi nümayəndəsi Ceyms Ceffri, Pens və Xarici İşlər naziri Mayk Pombeo anlaşma müqaviləsinin bəndlərini Türkiyəli səlahiyyətlilərə təqdim edib.Türkiyə tərəfi çalışmaların yekununda razılaşdırılan mətni Ərdoğandan öncə nəzərdən keçirib. Bəzi dəyişikliklər edildikdən sonra mətn Türkiyə prezidentinə təqdim edilib.

Ərdoğan nə sual verdi?

Türkiyə Xarici İşlər naziri Mevlud Çavuşoğlu bildirib ki, ""Sülh Ceşməsi " əməliyyatına fasilə verəcəyik, bu atəşkəs deyil." ABŞ səlahiyyətlisi fasilənin atəşkəs mənasını verdiyini bildirib.Görüşdə Ərdoğan YPG-nin çəkiləcəyi müddətin nə qədər davam edəcəyini soruşub.ABŞ rəsmisi bu sualla bağlı razılaşa biləcəklərini qeyd edib.

Trampdan çoxsaylı təşəkkür mesajları

ABŞ prezidenti Donald Tramp Ərdoğana təşəkkür edib. "Milyonlarla həyat qurtulacaq" deyə Tramp sözlərinə əlavə edib.