Terrorçular bu dəfə Atatürkün  Ev Muzeyini hədəfə alıblar.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, Yunanıstanın Saloniki şəhərində yerləşən Atatürkün Ev Muzeyinə PKK/PYD/YPG terror təşkilatı tərkibində fəaliyyət göstərən yunan anarxist qrupları tərəfindən hücum olunub.

Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoyun məlumat yayıb. Sözçünün yaydığı bəyanatda deyilir:

“PKK/PYD/YPG terror təşkilatı tərkibində fəaliyyət göstərən yunan anarxist qrupları tərəfindən 11:00 radələrində Saloniki Baş Konsulluğumuzun yerləşən Atatürk Evinə hücum ediblər.

Aksiyaçılar konsulluğun əməkdaşları tərəfindən Atatürk Evinin bağçasında saxlanılıb və türk milləti üçün son dərəcə yüksək mənəvi dəyəri olan Atatürk Evinin və Baş konsulluğumuzun üzvlərinin can və mal təhlükəsizliyinə ziyan vurulmağa fürsət vermədən yunan polisinin nəzarətində Baş Konsulluğumuzun həyətindən çıxarılıblar”.

XİN sözçüsü bu hücumu yunan təhlükəsizlik qüvvələrinin böyük zəifliyi adlandırıb, onları belə aksiyaları planlama mərhələsində qarşısını almağa çalışıb.

Yunan hakimiyyətindən gözləntimiz, bu və buna bənzər təşəbbüslərin mənbəyində qarşısını almaq, nümayəndəliklərimizi və işçilərimizi qorumaq üçün diqqətli tədbirlər görmək, günahkarların məsuliyyətə cəlb olunmalarını təmin etməsidir