Karateçimiz Ayxan Mamayev xəstəxanaya düşüb.

Unikal.org xəbər verir ki, o, böyrəyində olan problemlə bağlı Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun dostu olan sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov oxu.az-a açıqlamasında bu haqda bildirib:

"Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər".