"PKK terror təşkilatı İŞİD-dən təhlükəlidir".

Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib. 

"Bir çox münasibətlərdə PKK ehtimal ki, İŞİD-dən daha pisdir, terrorizm və terror təhlükəsi nöqteyi-nəzərindən daha pisdir", - deyə Tramp italiyalı həmkarı Serjo Matarello ilə Vaşinqtonda keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Mən Türkiyə və Suriya arasında müharibəyə qarışmağa hazırlaşmıram, xüsusilə əgər siz kürdlərə baxsanız, onlar mələk deyillər. PKK-ya baxın, İŞİD PKK-ya hörmət edir. Bilirsiniz niyə? Çünki onlar İŞİD qədər sərtdirlər. Heç kim bu haqda danışmaq istəmir, amma biz kürdlərdən mələk düzəldirik", - Ağ Evin başçısı əlavə edib.

Amerika liderinin sözlərinə görə, ABŞ administrasiyası " YPG/PKK-ya "külli miqdarda pul" ayırıb.