Bərdə rayonunda 33 yaşlı kişi pambıq tayasından yıxılaraq ölüb.

Unikal.org-un xəbərinə görə, hadisə rayon ərazisində yerləşən “MTK-İK” MMC-nin pambıq zavodunda baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Siyavuş Bayramov işlədiyi şirkətin pambıq tayasının üzərindən yıxılaraq  vəfat edib.

Faktla bağlı araşdırma aparılır.