12 yaşlı Ələkbərova Firuzə Qabil qızı yanıb külə dönüb. Hadisə 29 sentyabrda Binəqədi rayonunda gecə saat 2 radələrində baş verib. Yanğın baş verən zaman Firuzə yatmış vəziyyətdə olub. Onun hərəkətsiz bədəninin çox hissəsi külə dönüb. Yaşadığı mənzildə tək olan Firuzənin yanmasından əvvəlcə qonşular xəbər tutub və FHN-ə məlumat veriblər. Qonşular və yanğınsöndürən briqada evə gələrkən qız artıq külə dönübmüş. Yanğın zamanı uşaq evdə tək, sahibsiz olub.

Unikal.org xəbər verir ki, qonşuların sözlərinə görə, Firuzənin yanmasında günahkar anası Zəminə Allahverdiyevadır. Qonşular Zəminənin yüngül həyat tərzi keçirdiyini, gecələr evə gəlmədiyini deyirlər. Xoşqədəm Hidayətqızının "Səni axtarıram” proqramına üz tutan 12 yaşlı Firuzənin atası, ata nənəsi və əmisi onun qəsdən öldürüldüyünü, izi itirmək məqsədilə cəsədinin yandırıldığını iddia ediblər. Onlar Firuzənin seksual təcavüzəı qaldığını və izi itirmək məqsədilə öldürüldüyü ehtimal edilir. Çünki qızcığazın külə döndüyü evdə elektrik qısaqapanması olmayıb. Qonşular evə gələrkən işıqlar yanıq olub. Evdə olan maye qaz balonları da partlamayıb.

Bəs yanğın necə baş verib? Evi kim yandırıb? Başqa bir sual da yaranır ki, Firuzə yanarkən xilas olmağa çalışmayıb, elə yatdığı yedəcə yanıb külə dönüb. Atası və əmisi onun öldürüldükdən sonra yandırıldığını iddia edirlər. Mütəmadi olaraq gecələr evə gəlməyən ana həmin gecə də evdə olmayıb. Uşağı gecə saat 2-də yanıb külə dönən ananı polislər səhər saat 9-da tapıb gətiriblər. Ana tapılarkən Masazırda başqa bir kişi ilə bərabər olub. Firuzənin valideynləri boşanma ərəfəsində olublar.