Azərbaycanın məşhur teleaparıcısı Turan İbrahimov  dünyanın ən kasıb qitəsi olan Afrikada səfərdədir.

Bu barədə Unikal.org-a Turan İbrahimov məlumat verib. Aparıcı qeyd edib ki, hazırda Afrika dövləti olan Efiopiyada Türkiyənin İBS-nin (Uluslararası İşbirliyi və Yardımlaşma Dərnəyinin) xətti ilə bir çox xeyirxax aksiyalarda iştirak edir:

"Dünyanın ən kasıb qitəsi olan Afrikada 40 milyondan çox insanın xroniki aclık təhlükəsilə qarşı-qarşıya qalıb. Hər üç Afrikalıdan birinin kifayət qədər qidalanmadığı, bu il Şərqi Afrika ölkələrinin son 60 ilin ən böyük quraqlığını yaşadığı, xüsusilə Somali, Efyopiya, Kenya, Tanzanya, Uqanda və Burundidə də təsirini göstərən bu quraqlığın başda uşaqlar olmaqla minlərlə insanın həyatını təhdid altına aldığı hər birimizə məlumdur. 

İBS dərnəyi donorlarının yardımları ilə Afrikanın digər ölkələri ilə yanaşı Efyopiyada da xeyirxax aksiyalar keçirir. 

Bu ölkə də kimsəsiz, küçələrdə qalmış, ucqar kəndlərdə ortalıqda qalmış uşaqlar çoxdur. İBS dərnəyi donorlarının yardımları ilə onları toplayıb öz açdığı yetimxanalara yerləşdirir. O yetimxanalarda həmin uşaqları həm saxlayır, həm də təhsillərini davam etdirməsinə dəstək olurlar.

Sonradan onları universitetlərə qədər yüksəkdirlər. Afrikada həm də şirin su qıtlığı var. İBS həm də su quyularının qazılması ilə məşğuldur. Bu aksiyalara Azərbaycan da maliyyə dəstəyi verilir. 

Bununla yanaşı, mənim hazırda olduğum Efiopiya bölgəsində göz kataraktı xəstəliyi geniş yayılıb. Burada çox yoxsul insanlarda bu xətəlik var, bundan çox əziyyət çəkirlər. İBS həm də həmin insanlarda göz əməliyyatları aparmaqla məşğuldur. Bizim hazırda buraya gəlişimiz də məhz katarakt əməliyyatları ilə bağlıdır. Burada 300 nəfərə yaxın şəxsin katarakt əməliyyatı ediləcək.

Mən də bu missiya ilə gəlmişəm, hazırda Efiopiyanın müəyyən ərazilərində gəzirik.

Bəlkə insanlarda belə bir sual ortaya çıxa bilər ki, məgər Azərbaycanda kasıb yoxdurmu, onlar gedib Afrikadakı insanlara yardım edirlər.

Təbii ki, kasıblar hər yerdə var. Ancaq kasıblığın, yoxsulluğun, acizliyin nə olduğunu buraya gələn insan başa düşə bilər. Azərbaycandakı ən kasıb insan burada orta təbəqədən yuxarı sinfi təşkil edə biləcək insanlara bərabərdir.

Buradakı kasıblıq, səfalət, aclıq, çarəsizlik o səviyyədədir ki, onlara kənarda yardım olmasa öləcəklər.

Burada şirin su tapmaq mümkün deyil, quyular qazılmalıdır. Dövlətlər isə buna maraq göstərmir. Xüsusən də müsəlman əhalinin yaşadığı bölgələrə heç bir maraq göstərmirlər. Qeyri-rəsmi olaraq belə bir siyasət yürüdülür ki, onlar taleyin ümidinə buraxılıb və nə olursa göz yumulur. Ona görə də, Türkiyənin qeyri-hökumət təşkilatları müsəlman ölkələrindən topladıqları yardımlarla Afrika ölkələrinə bu cür yardımlar edirlər. Mənim gəliş səbəbim də məhz budur, İBS nəzdində gəlmişəm, müşahidələr aparıram".