AVRO-2020-nin seçmə mərhələsi davam edir.

Unikal.org xəbər verir ki, VIII turun ikinci oyun günündə yeddi qarşılaşma keçirilib.

Qonşu Türkiyə millisinin çıxış etdiyi H qrupunda üç matç baş tutub. “Ay-ulduzlular” liderliyi bölüşdüyü Fransanın qonağı olub. Parisdə 1:1 hesablı heç-heçə edən Şenol Günəşin yetirmələri 1-ci pilləni qoruyub və final mərhələsi şanslarını artırıb.

Qrupun digər oyunlarında İslandiya Andorranı, Albaniya Moldovanı məğlub edib.