Sosial şəbəkə fenomeni, model Cessika Daviesin bir vaxtlar jurnallara verdiyi üstsüz pozalı fotoları başına bəla olub.

Unikal.org xarici KİV-ə istinadən xbər verir ki, Daviesin çılpaq fotoları yaşlı kişiləri tələyə salmaq üçün istifadə  edilir. 

Fırıldaqçılar porno saytlar vasitəsi ilə tanış olacaqları gənc qadınları axtaran yalnız və yaşlı kişiləri tələlərinə salırlar.  Gənc qadın fotoları göndərərək yaşlı kişilərdən pul istəyirlər.  Elə Cessikanın da fotoları bu məqsədlərlə istifadə edilib.

Cessika Davies hazırda sosial şəbəkədə maraqla izlənilir. O stili və həyat tərzi ilə hər kəsin diqqətini çəkə bilən fenomendir.  Ancaq onun bu məşhurluğu Cessikanın keçmişdə məşhur olmaq üçün dərgilərər və internet saytlarına verdiyi  çılpaq pozalı fotolarını silməyə yetmir.  Cessika, bu iddialı pozalar üçün fotoşəkillər üçün 1000 sterlinq ( təxm: 1300 dollar) qazanıb. Adı bu yolla məşhurlaşan Cessika, indi çox fərqli həyat yaşayır.