"Fənərbaxça"dan "Qalatasaray"a transfer olunan Şənər Özbayraklı  4 ildir sevgili olduğu Şilan Makal ilə görüntülənib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, futbolçunun sevgilisinin əlindəki üzük paparazzilərin gözündən yayınmayıb. Cütlük ilk dəfə birlikdə görüntülənib. 
Mecidiyeköydə  tamaşa izləməyə gedən Şilan Makal və Şener Özbayraklı fotolarının çəkildiyini gördüyü zaman panikaya düşüblər. Özbayraklı, əllərini qaldıraraq "Xahiş edirəm çəkmə, çəkmə" deyə reaksiya verib.

Cütlük jurnalistlərin sualları qarşısında daha da stressə düşüblər və "Hər şey gözəl gedir" deməklə yetiniblər. Bundan əlavə Şener Özbayraklı "evlilik  nə zaman? sualına "inşallah" deyə cavab verib. 

Daha sonra onlar məkanı sürətli addımlarla tərk ediblər. 

Qeyd edək ki, Şilan Makal aktyorluq üçün tarix müəllimliyini buraxıb, O "Yeni Gəlin" serialında Dilan obrazını canlandırıb.