Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rakka əyalətinin Tel-Abyad sərhəd şəhərinin cənub-şərqindəki Suluk rayonunu terrorçulardan azad edib.

Unikal.org xəbər verir ki, Suriya Milli Ordusu ərazini tam nəzarətə götürüb. Hazırda axtarış-xilasetmə işləri aparırlar. "Barış pınarı" antiterror əməliyyatı çərçivəsində terrorçuların Tel-Abyaddakı hədəfləri haubitsalardan atəşə tutulur.