Azərbaycanda seçki sistemi təkmilləşdirilib, insanların seçkiyə marağı artıb”.

Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O qeyd edib ki, seçkini izləyən müşahidəçilərin iradlarının sayı azalmaqdadır: “Bu, onu göstərir ki, seçki sistemi sürətlə təkmilləşdirilir. Bunun da səbəbi ölkədəki siyasi sabitlikdir, Prezident İlham Əliyevin nüfuzudur. Azərbaycandakı seçki sistemi dünya üçün nümunədir. İnsanlar yaranmış bu şəraiti dəyərləndirir, seçkidə fəallıq göstərirlər”.