Türkiyənin Suriyanın şimalında apardığı “Barış bulağı” hərbi əməliyyatlarından sonra bu gün PKK/PYD-YPG və İŞID terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələrindən atəş açılıb.

Unikal.org-un Türkiyənin “Hurriyət” qəzetinə istinadla verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 6 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

Ölən və xəsarət alanlar arasında uşaqlar da var.

XXX

18:01

Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlamasından sonra PKK/PYD-YPG terrorçuları tərəfindən Türkiyə ərazisinə top və raket zərbələri endirilib.

Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, top və raket zərbələrinin endirilməsi nəticəsində Şanlıurfanın Şanlıurfa'nın Akçakale, Birecik ve Ceylanpınar rayonları ilə yanaşı Mardinin Nusaybin rayonunda 2 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Xəsarət alanlar arasında uşaqlar da var.