“İsa Qəmbərin Arif Hacılıya dəstək verəcəyi ilə bağlı yazısında qeyri-səmimi olduğu məqamlar da vardı. İsa Qəmbər hiss etdi ki, vəziyyət arzulanan kimi olmaya bilər, ona görə bu dəstəyi verdi”.

Unikal.org-un xəbərinə görə, bunu Müsavat Partiyasının başqanlığına namizəd Tofiq Yaqublu namizədlərin debatında deyib.

T.Yaqublu bildirib ki, Arif Hacılıya səs verməsi, onu seçməsi İsa Qəmbərin hüququdur: “Əksinə, bu, mənə daha da güc verdi”.

Arif Hacılı isə İsa Qəmbərin mövqeyini yüksək qiymətləndirib.