Bakıda ölüm hadisəsi baş verib.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, Binəqədi rayon ərazisində stadionların birində futbol oynayarkən 1976-cı il təvəllüdlü Nağıyev Emin Gülbala oğlunun anidən ürəyi tutub.

E.Nağıyev Klinikli Tibbi Mərkəzə çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyi Binəqədi şöbəsinə təhvil verilib.