Bakıda mənzildən qadın meyiti tapılıb.

Bu barədə Unikal.org-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1943-cü il təvəllüdlü Haqverdiyeva Sahibə Ağasəlim qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.