Avstraliyada məktəbli dərs zamanı İnstaqramda fotolar paylaşaraq ildə 74612 manat qazandığını söyləyib.

Unikal.org xəbər verir ki, Avstraliyanın Melburn şəhərində yaşayan 18 yaşlı Tia Kristofi, dərslər arasında İnstaqramda fotolar paylaşır. 

İnstaqramda çılpaq şəkillərini paylaşan Tia Kristofi hazırda 18 yaşındadır. Kristofi, məktəblidən daha çox modelə bənzədiyi İnstaqramda foto paylaşaraq çox pul qazandığını, məktəbi və biznesi birlikdə idarə etdiyini söyləyir.

Tia Kristofi  instagramda paylaşdığı çılpaq şəkilləri sayəsində artıq məşhur markalarla müqavilədə imzalayıb. Ona bu markalardan gələn vəsaitin məbləği isə 70 mindən çox pul qazanır.

Bazar ertəsi, cümə günləri arası məktəbə gedən, boş dərsləri və tənəffüs vaxtı poza verərək şəkillər çəkdirən gənc qız, məktəbdən evə döndüyündə isə ailəsinə zaman ayırır.

Tia məktəbdə onun bu qədər məşhur olması barədə bilməyənlərin də olduğunu deyir. Zəhlətökən dostlarına əhəmiyyət verməyən Tia Kristofinin İnstaqramda 100.000, YouTube-da 3000 izləyicisi var.

Sinif yoldaşlarından fərqli olaraq Tia müəllimlərinin onu dəstəklədiyini və 14 yaşında ikən İnstaqramdan istifadə etməyə başladığını bildirib.

Tia ailəsi ilə birlikdə Avropaya getdiyini və səyahətlərindən fotolar paylaşmağa başladığını söyləyib. Fitnesslə məşğul olan və bu idman növünə sevgisinin olduğunu söyləyən yeniyetmə qız, məşhur idman markaları ilə müqavilə bağlamaq üçün masada oturub.