Azərbaycanın bir sıra yerlərində yaşayış evləri yanıb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, Beyləqan rayonunun Bünyadlı kəndində ümumi sahəsi 210 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin döşəməsi, dam örtüyü və qapı-pəncərəsi 80 m² sahədə, yaxınlıqda yerləşən ümumi sahəsi 160 m² olan kürsülü, ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.