Qazax rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya  istinadən xəbər verir ki, hadisə rayonun Şıxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Mirzəliyeva Gülnur və Məmmədova Tamaşanı "VAZ-21099" markalı avtomobil vurub. Xəsarət alanların hər ikisinin 18 yaşı olduğu bildirilib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.