Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, məhkum Baxşıyev Türbət Bəhruz oğluna tanışı Gəncə şəhər sakini Yusibov Firdovsi Abdulrəhman oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman bibər turşusunun içərisində xüsusi üsulla gizlədilən sellofan bükülülərdə ümumi çəkisi 0.2 qram olan narkotik dərman həbləri və kristal formalı maddə - metadon aşkar edilib.
Məhkumun Cinayət Məcəlləsinin 182.1 və 180.1-ci maddələrinə əsasən təqsirli bilindiyi qeyd olunur. Faktla bağlı araşdırma aparılır.