Qəbələ sakini bədbəxt hadisə nəticəsində ölüb.

Unikal.org trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində baş verib. Kənd sakini, 56 yaşlı İbrahimov Yunus Məmməd oğlu həmkəndlisi Verdiyev Ələm İsmayıl oğluna məxsus həyətyanı sahədə qoz ağacından yıxılıb. Y.İbrahimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.