ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində silahlı insident baş verib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, silahlı şəxsin insanlara hücumu nəticəsində 6 nəfər yaralanıb. Yaralılar arasında polis əməkdaşları və yeniyetmələrin də olduğu bildirilir. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hazırda hadisəni törədən şəxslərin axtarışları aparılır. Cinayətin hansı səbəbdən baş verdiyi məlum deyil.