Rusiya paytaxtında hazırda 3 milyondan 4 milyona qədər müsəlman yaşayır.

Unikal.org xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya müftilər şurasının rəhbəri Ravil Qaynutdin söyləyib. Onun sözlərinə görə, bura İslam dininə ibadət edən həm daimi, həm də müvəqqəti yaşayanlar daxildir. Qaynutdin 1997-ci ildə Moskva meri Yuri Lujkovun paytaxtda 800 min müsəlman yaşadığını dediyini bildirib. O qeyd edib ki, artım Mərkəzi və Orta Asiyadakı miqrasiya proseslərindən daha çox asılıdır.