Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə, Şəmkir rayonunun Yeni Həyat kəndində 1 nəfərin naməlum şəraitdə su hovuzuna düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən su hovuzu boşaldılıb, və orada aşkarlanan 2005-ci il təvəllüdlü Heydərov Fərid Sakit oğlunun meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.