Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. 

Unikal.org 78.ru-ya istinadən xəbər verir ki, hadisə şəhərin Frunze rayonunda 04:30 radələrində baş verib. 

20 yaxın azərbaycan və ermənistan vətəndaşları arasında qarşı durma nəticəsində bıçaq və travmatik tapançadan istifadə olunub. Ümumilikdə 5 nəfər ağır vəziyətdə xəstəxanaya yerləşdirilib. 

Hadisənin dəqiq səbəbləri məlum deyil. 25 yaşlı azərbaycan vətəndaşının saxlanıldığı deyilir.  

Rusiyanın bəzi KİV-ləri bu hadisəni şəhərdə iki ölkənin diaspor təşkilatları arasında yaranan fikir ayrılığı ilə bağlayıb. Xəbərdə bildirilir ki, bu səbəbdən dava iki diasporunun nümayəndələri arasında baş verib.