Şəmkir rayonunun Könüllü kəndi ərazisində baş verən qəza ilə bağlı rəsmi açıqlama verilib.

Unikal.org DİN-ə istinadən xəbər verir  ki, sentyabrın 20-də saat 12 radələrində Şəmkir rayonunun Könüllü kəndi ərazisində Gəncə şəhər sakini Ü.Şabanov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırmışdır. Nəticədə sərnişini, Gəncə şəhər sakini Asif Cəfərov hadisə yerində ölmüş, sürücü xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.